2022-ci ilin ilk dörd ayında Azərbaycan vətəndaşları Türkiyəyə 143.000 səfər edib.
Qaynarinfo Türkiyənin Turizm Mərkəzinin
statistikasına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 144 faiz çoxdur.
Bu müddətdə yarım milyon İran vətəndaşı Türkiyəyə səfər edib. Bu rəqəmlə Cənub qonşularımız Türkiyəyə səfər edən əcnəbilər arasında liderdir. İran vətəndaşları əsasən Novruz bayramı ərəfəsində qardaş ölkəyə üz tutub.
Növbəti yerləri Almaniya, Bolqarıstan və İngiltərə vətəndaşları tutur.
Qeyd edək ki, Türkiyənin turizm gəlirləri ötən illə müqayisədə 150 faiz artıb.
M.Arif