Xəbər lenti

Bu il övladlığa götürülən və öz ailəsinə reinteqrasiya edilən uşaqların sayı açıqlandı
Ölkə06:42 22.06.2023

Bu il övladlığa götürülən və öz ailəsinə reinteqrasiya edilən uşaqların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ilin ötən dövründə 34-ü oğlan, 30-u qız olmaqla 64 uşaq övladlığa götürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.
Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına da nəzarət edilir. Bu məqsədlə uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər aparılır.
Bu il həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 35-i oğlan, 33-ü qız olmaqla 68 uşaq öz bioloji ailələrinə qaytarılıb.