Xəbər lenti

Bu il qəbul imtahanlarının ballarında artım gözlənilirmi? (VİDEO)
Video 21:54 22.02.2025

Bu il qəbul imtahanlarının ballarında artım gözlənilirmi? (VİDEO)

"Bu il prestijli ixtisaslarda ballar arta bilər"

Bunu " XəzərXəbərə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. Ekspert bildirib ki, ötən illə müqayisədə bu il bəzi universitetlərin plan yerlərinin də artırılması nəzərdə tutulur.

Ekspert həmçinin onu da əlavə edib ki, plan yerlərinin artması ilə ballarda ciddi mənada dəyişiklik gözlənilməsə də, ötən ildəki kimi bəzi prestijli ixtisasların ballarında artım ola bilər.

Rizvan Fikrətoğlu onu da bildirrib ki, keçid balları hər il qəbul olunan tələbələrin sayı, ixtisaslar üzrə tələbat, tələbələrin imtahan nəticələri və ümumi təhsil sistemindəki dəyişikliklər əsasında müəyyən olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->