Xəbər lenti

Bu il "son zəng" nə vaxt keçiriləcək?
Ölkə10:56 19.04.2016

Bu il "son zəng" nə vaxt keçiriləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Redaksiyamıza daxil olan müraciətlərdə məktəblilər və onların valideynləri "Son zəng"in vaxtının, Təhsil Nazirliyinin daha öncə elan etdiyi kimi, iyunun 14-də deyil, mayın 30-da keçirilməsi ilə bağlı məlumat verildiyini bildiriblər.

Məlumatı dəqiqləşdirmək üçün Təhsil Nazirliyinə müraciət etdik.

Qaynarinfo.az virtualaz.org-a istinadən bildirildi ki, bu il "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.

Məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayır, iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.

Qaynarinfo.az