Xəbər lenti

Bu kafe də fahişəxana çıxdı
Ölkə10:40 25.09.2014

Bu kafe də fahişəxana çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərtərdə fahişəxana aşkarlanıb. 

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun “Sərin Ada” kafesində polis əməliyyat keçirib.

Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, kafedə fahişəxana təşkil olunub. Fahişəxananın təşkilatçısı Ağalar İsrafilov olduğu müəyyən olub.

Keçirilən əməliyyat zamanı Ağalar İsrafilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info