Masallının Köhnə Zuvand kəndində problemlər saymaqla bitmir.
Qaynarinfo İTV-yə istinadən xəbər verir ki, kənddə işıq, qaz, yol, internet yoxdur.
Belə ki, yağışlı, qarlı havalarda yollar keçilməz olur, işıqlar sönür. Yol problemindən ən çox əziyyət çəkənlər isə məktəblilərdir. Şagirdlər bildirir ki, hava şəraiti pisləşəndə işıqlar sönür, bununla məktəbdə istilik olmur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər