Xəbər lenti

Bu kəndə ilk dəfə qaz verildi
Ölkə17:30 09.07.2015

Bu kəndə ilk dəfə qaz verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Qusar rayonunun Əcəxuroba kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Qaynar.info SOCAR-a istinadən məlumat verir, tədbirdə rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 2600 metr olan polietilen və 5700 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 63 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.