Xəbər lenti

Bu kəndlərin sakinləri "Açıq mikrofon”da
Ölkə17:20 16.10.2023

Bu kəndlərin sakinləri "Açıq mikrofon”da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi "Səyyar qəbul otağı”na Gədəbəy rayonunun 3 kəndinin sakinləri müraciət  edib.
Qaynarinfo xəbər verir ki, Moruxlu kəndindən aksiyaya üz tutan Xatirə və Elşən Sadıqovlar eyni soyaddan olsa da, müxtəlif müraciətlərlə çıxış ediblər. Xatirə Sadıqova qapı keçidinin quraşdırılmasını, Elşən Sadıqov isə qaz sayğacının yerinin dəyişdirilməsini istəyib. 
Nərimankənd sakini Şakir Ələkbərovun timsalında Çanaqçı kəndindən qatılan 2 abonent  təbii qaza tətbiq olunan limitin artırılması təklifini irəli sürüb. Səbəb kimi yaşadıqları kəndin dağlıq ərazidə yerləşməsi və bu baxımdan havanın temperaturunun daha tez aşağı düşməsi göstərilib. Bu da öz növbəsində mavi yanacağa olan tələbatın artması deməkdir.  Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara  ətraflı izahatlar verilib.