Xəbər lenti

Bu körpü təhlükəlidir - FOTO
Ölkə07:32 16.09.2014

Bu körpü təhlükəlidir - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda körpü əsaslı təmir olunacaq. 
Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki (46km) - Sumagallı-Qalacıq avtomobil yolunun 8-ci km-də İstisuçay üzərində yerləşən kiçik körpü qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, cari təmir işlərinin aparılmasına baxmayaraq təbii hadisələr nəticəsində tamamilə yararsız hala düşüb.
“Ötən əsrin 60-70-ci illərində inşa olunan körpü sel sularının təsirindən dağılıb. Çayın məcrası genişlənərək ətraf sahələrə də təhlükə yaradıb. Demək olar ki, yaz-yay aylarında çayda su çoxaldıqca kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilirdi. Bütün bunları nəzərə alaraq, 2014-ci ilin yanvar ayından körpüdə əsaslı təmir işlərinə başlanılıb”, - deyə Pünhan Mürsəliyev bildirib.
Qeyd edək ki, artıq körpüdə işlər başa çatdırılıb. Uzunluğu 57m, qabariti 8m olan körpü 3 aşırımlıdır. Pünhan Mürsəliyev deyir ki, hazırda su nizamlayıcı qurğuların tikintisi işləri gedir. Cari ilin oktyabr ayı ərzində işlərin tamamilə yekunlaşması planlaşdırılır.
Qaynar.info