Xəbər lenti

Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir (VİDEO)
Video 21:56 12.06.2025

Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir (VİDEO)

"Dayanma-durma qadağandır" nişanı olmayan ərazidə avtomobil saxlayan sürücülər cərimələnir.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yaşayan sakinlər belə deyirlər.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə heç bir xəbərdarlıq nişanı olmasa da, orada avtomobili saxlayan hər kəsə cərimə tətbiq edilir.
Vətəndaşlar deyirlər ki, digər küçədə dayanma-durma nişanı var. Amma o küçədən gələnlər belə nişanı görmürlər, çünki üzərini ağaclar örtüb..
Ərazidə yaşayan bəzi şəxslər isə deyirlər ki, maşınları saxlamağa başqa yer yoxdur. Ona görə də bu yerdə belə qadağanın olması onlar üçün ciddi problem yaradır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, qeyd edilən ərazidə araşdırma aprılır. Nəticəyə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->