Xəbər lenti

Bu ölkə xəyanətə icazə verdi
Ölkə10:38 26.02.2015

Bu ölkə xəyanətə icazə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ölkədə xəyanətə icazə verildi. Anspress-in məlumatına görə, Cənubi Koreyanın ali məhkəməsi 1953-cü ildə həyat yoldaşına xəyanətə görə cinayət məsuliyyətini ləğv edib. 

Hakim bu qərarı onunla əsaslandırıb ki, dövlət vətəndaşların şəxsi işinə qarışa bilməz. 2008-ci ildən ölkədə xəyanətə görə, 5,5 min insan saxlanılıb. Bu əmələ görə, saxlanılanlar iki il azadlıqdan məhrum edilirdi. 

9 nəfrədən ibarət məhkəmə komissiyası bunun konsitutsiyaya zidd olması barədə qərarın ləğvi üçün iclas keçirib. Onlardan 7-i qərarın ləğvinin lehinə səs verib. 

Yarım əsrdən çox yaşı olan qanun o zaman ailə ənənələrini, o cümlədən sosial statuslarına görə, kişilərdən aşağıda olan qadınları qorumaq məqsədilə verilmişdi. Nəticədə Cənubi Koreya xəyanətə görə cəza verilən demək olar ki, ilk qeyri-müsəlman ölkə olub. 

Qeyd edək ki, bu qərarın ləğvi üçün 5-ci cəhd olub. Son zamanlar bu əmələ görə həbs edilənlərin sayında azalma müşahidə edilirdi. Əgər 2004-cü ildə 216 nəfər xəyanətə görə həbs edilmişdisə, 2008-ci ildən bu rəqəm 42 olub. 

Qaynar.info