Xəbər lenti

Bu ölkənin Azərbaycandakı səfirliyi mayın 16-da bağlanır
Ölkə15:10 07.05.2019

Bu ölkənin Azərbaycandakı səfirliyi mayın 16-da bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin Azərbaycandakı səfirliyi may ayının 17-dən fəaliyyətini dayandırır.
"Mayın 16-sı səfirliyin fəaliyyət göstərəcəyi son gün olacaq. Mayın 20-dən etibarən Azərbaycanla bağlı məsələlərlə Norveçin Ankaradakı səfirliyi məşğul olacaq”, - deyə səfirlikdən "İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyinin bağlanması qərarı 2018-ci ilin noyabr ayında elan olunub. "Norveçin Bakıdakı səfirliyini bağlaması qərarı təəssüf hissi doğurur, lakin bu, Norveç hökumətinin qərarıdır”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.