Xəbər lenti

Bu mağazalar xarab mallar satır - SİYAHI
Ölkə16:05 17.11.2014

Bu mağazalar xarab mallar satır - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı hallar aşkarlayıb. Qurumdan Qaynar.info-ya verilən məlumata görə, bir çox mağazalarda istifadə bitmiş məhsullar satılıb: 
Sumqayıt şəhərində
- 1-ci məhəllə, M.Hüseynzadə küçəsində Ofelya Əliyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ- texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 23/3 ünvanında Pərviz Bayramova məxsus mağazada;
- Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 14B ünvanında Şahin Əhmədova məxsus mağazada;
Qaradağ rayonunda
- Sahil qəsəbəsi, E.Quliyev prospektində Yalçın Məmmədova məxsus mağazada;
Sabirabad şəhərində
- H.Əliyev prospektində Əbülfət Abıyevə məxsus mağazada normativ- texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Binəqədi rayonunda
- M.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, 18 ünvanında Xanəli Rüstəmova məxsus mağazada;
Bakının Qaradağ rayonunda
- Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 57 ünvanında Elçin Abasova məxsus mağazada;
- Ələt qəsəbəsi, 3-cü Massivdə Əlibayram Hacıyevə məxsus mağazada;
Gəncə şəhərində
- H.Əliyev prospekti, 1 ünvanında Elnur Şabanova məxsus mağazada;
Sabirabad şəhərində
- 20 Yanvar küçəsində Mirəli Abasova məxsus mağazada;
Xaçmaz şəhərində
- S.Qurbanov küçəsində Pərvanə Hacıyevaya məxsus mağazada;
Quba şəhərində
- Vaqif küçəsində Zamirə Vələmmədovaya məxsus mağazada;
İsmayıllı şəhərində
- H.Əliyev prospekti, 58 ünvanında Nəriman Şalbuzova məxsus mağazada;
- Cavanşir küçəsində Qalib Ağayevə məxsus mağazada;
Şəki şəhərində
- M.Rəsulzadə küçəsi, 28 ünvanında Qurbanəli Məcidova məxsus mağazada;
Zaqatala şəhərində
- C.Atalov küçəsində Sevda Uluxanovaya məxsus mağazada;
Tərtər şəhərində
- H.Əliyev prospekti, 76 ünvanında Zakir Əhmədova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Qaynar.info