Xəbər lenti

Bu mallar idxal rüsumu və vergilərdən tam azad olunacaq
Ölkə18:27 18.05.2018

Bu mallar idxal rüsumu və vergilərdən tam azad olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Standart mübadilə sistemi çərçivəsində əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim olunan zaman idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunacaq.
"Ölkә.Az" xәbәr verir ki, bu, Nazirlər Kabinetinin "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda əksini tapıb.
İndiyə qədər əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilən zaman gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunub.