
Qaynarinfo.Az xəbər verir ki, oktyabr ayının son günlərində bağlanan "admiral.az" informasiya saytının işçiləri hələ də maaşlarını ala bilmirlər.
Redaksiyamıza daxil olan şikayətlərə əsasən, yarandığı gündən beş dildə informasiya yayan "admiral.az" saytının keçmiş əməkdaşları uzun zamandır ki, maaşın yolunu gözləyirlər.
Şikayətçilərdən biri bildirib ki, adıçəkilən təşkilatın rəhbərliyi ilə dəfələrlə aparılan danışıqlar nəticəsiz qalıb.
Xatırladaq ki, "admiral.az" saytı bu ilin mart ayından 5 dildə fəaliyyət göstərməyə başlayıb və oktyabr ayının sonu qeyri-müəyyən səbəblərdən bağlanıb.
Saytın rəhbəri Vüsal Musayev və icraçı direktoru Elçin Bayramov olub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Rəşid Mustafazadə
Qaynarinfo.Az