Xəbər lenti

Bu məktəb hər an uça bilər
Ölkə11:54 26.11.2014

Bu məktəb hər an uça bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Otuzadək şagirdin təhsil aldığı Yevlax rayon Bünyadabad kənd ibtidai məktəbinin iki sinifli binası hər an uça bilər. 

Qaynar.info Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, bundan əlavə rayonun Qaramanlı kənd tam orta məktəbinin dam örtüyü dağılıb, sinif otaqlarındakı divarlar çatlayıb, tavan divarlardan aralanıb. 

1963- cü ildən istifadədə olan Qoyunbinəçi  kənd orta məktəbinin binası da dağılmaq təhlükəsi qarşısındadır. Məktəblərdəki bu vəziyyət isə həm şagirdləri, həm də müəllimləri narahat edir. 

Yevlax rayon Təhsil şöbəsinin müdiri Raquf Mirzəyevin sözlərinə görə, 2015- ci ildə Bünyadabadda ibtidai və şəhər 5 nömrəli tam orta məktəbi üçün yeni binalar tikiləcək:” Rayonun Qaraməmmədli və şəhər 4 nömrəli tam orta məktəbinin tikilisi isə əsaslı təmir olunacaq. Qoyunbinəsində isə məktəbin tikintisi ilə bağlı layihə hazırlanır. Qəzalı vəziyyətdə olan Qaramanlı kənd orta məktəbinin binasının isə qarşıdakı illərdə tikilməsi planlaşdırılımır”.

Qaynar.info