Xəbər lenti

Bu mövsüm kanal dəyişdirən 13 azərbaycanlı aparıcı - SİYAHI
Ölkə17:59 15.09.2016

Bu mövsüm kanal dəyişdirən 13 azərbaycanlı aparıcı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Efir məkanında yeni mövsümün başlamasına az qalmış bir çox aparıcılar kanal dəyişdirib. 

Qaynarinfo.Az axşam.az-a istinadən bu mövsümdə iş yerini dəyişən aparıcıların siyahısını təqdim edir. 

ANS-in aparıcısı Murad Əzimzadə ATV kanalında işə başlayıb. Murad orada maqazin tipli proqrama aparıcılıq edəcək.

ANS-də "Şəbəkə" verilişinin aparıcı Rahil Sayadoğlu "Region TV"də fəaliyyətini davam etdirəcək. 

Ötən il ANS-dəki fəaliyyətinə son qoyan Aytən Səfərova 106.3 FM-də "Bumeranq" verilişi ilə efirə qayıdıb. 

"Lider" telekanalında çalışan Firuzə Cəlilova və Sima Çələbi "Xəzər"ə keçib. Onlar "Oyan Azərbaycan" verilişinə aparıcılıq edəcəklər.

ANS-in keçmiş aparıcısı Xanım Yadigarlı yeni mövsümdə "Xəzər"də görünəcək simalardandır. 

"Bəyaz həyat" serialından tanınan, dayvinqlə məşğul olan aktyor Kamal Dəniz də "Xəzər"də işə başlayıb və aparıcı kimi efirdə görünəcək. 

ANS-in xəbərlər aparıcısı Natiq Nailəoğlu "Region TV"də çalışacaq. 

"Space" telekanalından tanınan Nəsib Nur 6 il fasilədən sonra "Xəzər"in efirində görünəcək. O, eyni zamanda "Burc FM" və "Xəzər FM"in direktorudur. 

"Xəzər"də çalışan aparıcı Könül Muxtarova yeni mövsümdən "Lider TV"də "Tezdən oyan" proqramında aparıcılıq edir. 

ANS-dəki fəaliyyətinə son qoyan aparıcı Xoşqədəm Hidayətqızı "Xəzər"də işə başlayan tanınmışlardandılr. O, "Səni axtarıram Xoşqədəmlə" və "Bizə danış" adlı iki verilişə aparıcılıq edəcək.

"Xəzər"də "Yeri gəlmişkən" verilişinə aparıcılıq edən Zümrüd Qasımova fəaliyyətini "Region TV"də davam etdirəcək.

Tanınmış simalarla yanaşı, bu mövsüm efirdə yeni aparıcılar da görünəcək. Onlardan biri Çinarə adlı xanımdır. Çinarə "Xəzər"də maqazin proqramına aparıcılıq edəcək.

Qaynarinfo.Az