Olimpiya Hərəkatı və İdman Muzeyi kimi inşasına başlanmış tikili Gənclər və İdman Nazirliyinin inzibati binasına çevriləcək.
İqtisadiyyat.az bu barədə nazirlikdən məlumat əldə edib.
Məlumata görə, bununla əlaqədar tikinti işlərinin davam etdirilməsinə başlanılır.
Nazirlik tikinti işlərinin icrası ilə bağlı "İnşaatçı 3” şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, Olimpiya Hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin davam etdirilməsi 1 milyon 656 min manata başa gələcək.
Şərhlər