Xəbər lenti

Bu nazirlikdə koronavirusa görə müavinlərin sayı artırıldı
Ölkə14:38 30.04.2020

Bu nazirlikdə koronavirusa görə müavinlərin sayı artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. 
Qaynarinfo xəbər verir ki, bu addım Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin daha operativ təşkilini təmin etmək məqsədi daşıyır.  
Eyni zamanda Səhiyyə Nazirliyində 3 ştat vahidindən ibarət Sanitar epidemioloji nəzarət sektoru yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamla Zeynəb Natiq qızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Z.Mustafayeva bundan əvvəl Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.