
"Meşədə yanğın istər-istəməz tüstünü çoxaldır”.
BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Azad İsazadə erməni silahlı qüvvələrinin Şuşa meşələrinin yandırması ilə bağlı görüntülərindən danışarkən deyib. Onun fikrincə, düşmən tərəfinin Şuşa meşələrini yandırması Azərbaycan ordusunun havaya nəzarəti itirməsinə hesablanıb:
"Birincisi, tüstü olan zaman bizim dronların havadan nəzarət etmək vəziyyəti çətinləşir. İkincisi, erməni mənbələri məlumat yayır ki, Azərbaycan kəşfiyyat qrupları Şuşanın ətrafındadır, Daşaltıda döyüşlər gedir, Laçın-Şuşa yolunu bağlayıblar və s. Bu məlumatlar onu deməyə əsas verir ki, bizim kəşfiyyat qrupları meşələrdə işləyir, hərəkət edir. Çalışırlar ki, orduya təbii maneə yaratsınlar, hərəkət olmasın”.
Hərbi ekspert hesab edir ki, əgər kəşfiyyat qrupları meşələrə keçə biliblərsə, deməli, onların arxasınca əsas qüvvələr də gələ bilər:
"Söhbət piyada və zirehli texnikalardan gedir”.
Qeyd edək ki, Ermənistan Silah Qüvvələri daha bir terrora əl atıb. Onlar işğal altında olan Azərbaycan ərazilərində Şuşa meşələrini qəsdən yandıraraq məhv edirlər. Ermənistan Respublikası silahlı qüvvələrinin qadağan olunmuş silahlardan istifadəsi nəticəsində müxtəlif nadir bitki və heyvan növləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan vurulub.
Bahar Rüstəmli