"152 saylı tam orta məktəbin bir şagirdinin ali məktəbə qəbul olunmaması çox ciddi siqnaldır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov DİM-in Bakıda 152 saylı tam orta məktəbin bir abituriyentinin belə ali təhsil müəssisəsinə qəbul ola bilməməsiylə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. Deputat hesab edir ki, bütün hallarda məsələ ciddi araşdırılmalıdır:
"Belə hallara qarşı çox sərt münasibət bildirilməli və araşdırılmalıdır ki, nə üçün belə bir hal baş verib. Dərslər yaxşı keçirilməyib. Müəllimlər və eyni zamanda direktor da məsuliyyət daşıyır. Bu araşdırılmalı və bununla bağlı ciddi addımlar atılmalıdır”.
Deputat DİM-in "mumilikdə 9-cu sinif şagirdləri arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı 38 nəfər olub” statistikasına da münasibət açıqlayıb:
"Ümumilikdə götürdükdə isə 9-cu sinif şagirdlərindən 36 nəfərin yazıb-oxuya bilməməsi ciddi məsələdir. Ola bilsin ki, bu, növbəti illərdə daha da artsın. Bunun artmasının baş verməməsi üçün fakt araşdırılmalı, tədbir görülməli və ictimaiyyətə məlumat verilməlidir”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi orta məktəblərdə şagirdlərin ali məktəblərə daxil olması ilə bağlı statistika açıqlayıb. DİM "Məsələn, Bakıda 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul ola bilməyıb. Ümumilikdə 9-cu sinif şagirdləri arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı 38 nəfər olub”, - deyə DİM bildirib.
Bahar Rüstəmli