Xəbər lenti

“Bu parad müzakirələrə səbəb olacaq” -Hərbi ekspert
Ölkə06:52 25.06.2013

“Bu parad müzakirələrə səbəb olacaq” -Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Hər bir ölkə dünyada öz gücü, qüdrəti ilə tanınır. Həmin dövlətin ən vacib atributlarından biri onun Silahlı Qüvvələrinin hansı vəziyyətdə olmasıdır. Və aydın məsələdir ki, Silahlı Qüvvələrin gücü məhz genişmiqyaslı təlimlərdə və hərbi nümayişlərdə, paradlarda görünür”.

Bunu Qaynar.info-ya hərbi ekspert Üzeyir Cəfərov Silahlı Qüvvələrin 95 illiyi münasibətilə Bakıda keçiriləcək hərbi paraddan danışarkən deyib. Onun sözlərinə görə, hərbi paradların keçirilməsi çox önəmlidir: “Şəxsən mən həmişə onun tərəfdarı olmuşam ki, mütəmadi olaraq Azərbaycanda keçirilən hərbi təlimlərə KİV-i dəvət etsinlər. Bunun çox böyük tərbiyəvi əhəmiyyəti var. Onsuz da minlərlə insan qan-tər tökərək döyüş poliqonlarında öz bilik və bacarığını artırır. Niyə də onların bu ağır və çətin işləri təbliğ olunmasın, onlara lazımı diqqət yetirilməsin? İndi hərbi parad da həmin çox çətin və əziyyətli təlimlərin, hazırlıqların nəticələrindən biridir. Bunun əhəmiyyəti isə ölçüyə gəlməz dərəcədədir”.

Hərbi ekspert qeyd edib ki, torpaqları işğal altında olan ölkə üçün hərbi paradın keçirilməsi vacibdir: “Həm Beynəlxalq qurumlar, həm də dünyada söz sahibi olan ölkələr görəndə ki, Azərbaycan Silahlı Qüvvələri yaxşı gücə, hazırlığa malikdir, onda Qarabağ məsələsində də müəyyən tərpənişin, irəliləyişin olması qaçılmazdır. Sayca 4-cü hərbi parad bu dəfə də öz əzəməti və nümayiş ediləcək yeni, müasir texnikası ilə yəqin ki, uzunmüddətli müzakirələrə səbəb olacaq”.

Ü.Cəfərov bayram münasibətilə silahdaşlarını təbrik edib: “Öz keçmiş və indiki silahdaşlarımı bayram münasibətilə ürəkdən təbrik edirəm. Onların hər birinə, ailələrinə firavan günlər arzulayıram”.

İlkin
Qaynar.info