Xəbər lenti

Bu payızın dəbi nə olacaq? - Stilistdən məsləhətlər
Ölkə10:42 01.09.2016

Bu payızın dəbi nə olacaq? - Stilistdən məsləhətlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Koko Şanelin məhşur bir sözü var: "Moda keçər, stil qalar". 

Moda əvvəlki illərə nisbətən daha tez-tez dəyişir. Xüsusilə də, 2000-ci ildən etibarən modanın dəyişmə sürətinə yetişmək elə də asan deyil. Əlbəttə ki, hər birimiz bacardığımız qədər modanı izləməyə çalışırıq. Ən azından müəyyən qədər fikrimiz, biliyimiz olsun deyə.  

Bu hal sənətçilərdə daha çətin olur. Çünki hər zaman göz önündə olan sənət adamları sevənlərini məyus etməmək və daim baxımlı, stil sahibi biri kimi görünmək üçün modanın ən yaxın izləyicisinə çevrilirlər. Bəzən özləri bunu bacarmayanda stilistlərə üz tuturlar. 

Artıq yeni mövsümə başlayırıq. Bu da o deməkdir ki, yeni mövsümün yeni dəbi gəlir. Görəsən bu payızda hansı geyimlər və rənglər dəbdə olacaq? 

Stilist Elnarə Bəkirova bu haqda Qaynarinfo.Az-a danışıb:

"Bu il daha çox yaşıl rəngin tonları dəbdə olacaq. Ötən il bu ilin trend rəngləri barədə çox açıqlama verdilər. Kimisi yaşıl, kimisi isə sarı rəngi trend hesab edirdi. Moda inkişaf edib, modaya baxış dəyişib. Artıq məşhur dizaynerlər belə rənglərlə oynamağa başlayıblar. Mən isə deyirəm ki, bu il yaşıl rəngin tonları, çəhrayı, mavi dəbdə olacaq. Bu mövsüm tamam fərqli olacaq, digərlərindən seçiləcək. Qadın və kişilərin geyimlərində oxşarlıq artacaq. Qadınlar kişilərə məxsus pencəklərə, ən əsası rütbəli şəxslərin geyimlərinə bənzər modellərə müraciət edəcəklər. Tərz olaraq isə “uniform” geyimlər dəbə gəlməyə başlayıb. Dəniz donanmasında çalışanların geyim modeli, əsgər geyimlərinin rəngi və parça modelinə rast gəlinəcək. 70-ci illərdə dəbdə olan tək qollu donlar gündəmə gələcək. Hətta, uzunqollu, yəni biləkdən aşağı geyimlər dəbə düşəcək. Bunlara dəfilələrdə daha çox rast gələcəksiz. Keçən il daha sakit rənglər və sadəlik bir qədər önəm daşıyırdısa, indi kürk və dəri pencəklərin üzərində parıltılı işləmələrə daha çox olacaq. Hər geyimin üzərində trenç kotlardan mütləq istifadə etməli olacaqsınız". 

"Yerli-şou bines nümayəndələrindən kimi dəbli hesab edirsiniz" sualına Elnarə Bəkirova belə cavab verib: "Şou-biznes nümayəndəli sırasında isə mənimlə çalışqıdlarına görə yox, sadəcə zövqlərini bəyəndiyim bir neçə xanım var. Onlardan Röya Ayxan, Günay İbrahimli, Aysel Əlizadə, Gülay Zeynallı və.s misal çəkə bilərəm".

Zümrüd

Qaynarinfo.Az