Xəbər lenti

“Bu qadağalara hərbi heyət birmənalı şəkildə əməl etməlidir, əks təqdirdə...” – Tədqiqatçı
Ölkə18:26 11.09.2020

“Bu qadağalara hərbi heyət birmənalı şəkildə əməl etməlidir, əks təqdirdə...” – Tədqiqatçı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Müharibə vəziyyətində olan ölkə bütün hərbi məsələlərdə məsuliyyətli davranmalıdır”.
Bunu Sfera.az-a açıqlamasında Sosial Rifah və Tədqiqatlar Mərkəzinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib
Onun fikrincə, ordu sıralarında xidmət edən bütün hərbi qulluqçular qadağalara qeyd-şərtsiz əməl etməli və dövlət təhlükəsizliyini riskə atmamalıdırlar:
"Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin açıqlaması var. Düşünürəm ki, açıqlamada mövzuya yetərincə aydınlıq gətirilib. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Belə önəmli məqamlarla bağlı hər kəs məsuliyyətini dərk etməlidir”.
Ə.Bəydəmirlinin sözlərinə görə, hərbçilərin smartfon telefon və bənzər cihazlardan istifadə etməklə bağlı qadağası var və bunu hərbi heyət nəzərə almalıdır:
"Hərbçilərə smartfonlardan istifadə qadağan olunub. Bu qadağalara hərbi heyət birmənalı şəkildə əməl etməlidir. Əks təqdirdə, qadağanı pozan hər kəs qanun qarşısında cavab verməlidir”