"Narkoloji xidmət haqqında" qanuna yenidən baxılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin rəhbəri Zülfiyyə Mustafayeva deyib. O, "Narkoloji xidmət haqqında" qanunun köhnə və çoxdan qəbul olunduğunu vurğulayıb:
"Bu qanun qəbul olunanda sintetik narkotiklər nəinki bizim ölkədə, regionda, Şərqi Avropa və Mərkəzi Asiyada çox da yayılmamışdı. Qanunvericilikdə müalicə, opioid əvəzedici terapiya nəzərdə tutulur. Onların çoxu bu günün reallığı ilə ayaqlaşmır. Məsələn, opioidlərin müalicəsində istifadə olunan klinik protokollar köhnəlib. İndi sintetik narkotiklərin müalicəsi üçün yeni qanunvericilik və protokollara ehtiyac var. Mövcud vəziyyətə uğun olavaq tibbi protokollar yenilənməlidir. Opioid əvəzedici terapiya - bu narkomaniya asılılığından tədricən sağalmanı nəzərdə tutur. Amma əgər bu, klinik protokola uyğun olaraq doğru şəkildə tətbiq olunsa, 6 aya qədər insan narkotiklə vidalaşa bilər. Amma bunu bizdə doğru-düzgün həyata keçirmirlər. Metadonla yanaşı, çox istərdim ki, əvəzedici terapiyaya buprenorfin də daxil eləsinlər. Narkotik istifadəçiləri var ki, məsələn, yeni başlayan qadınlar və uşaqlar heroin səviyyədə asılılığı olmayan adamlar buprenorfinlə vəziyyətdən çıxmaq mümkündür. Buprenorfin ölkədə yoxdur. Bunu qanuna daxil eləsələr, dövlət onu da narkotik asılılığından maddə kimi ala bilərdi. Metadon dövlət vəsaiti hesabına alınır. Azərbaycanda bu 1996-cı ildən tətbiq olunur”.
Zülfiyyə Mustafayeva qeyd edib ki, "Narkoloji xidmət haqqında" qanunda narkotikin müalicəsi sahəsində digər səhiyyə qurumları ilə əməkdaşlıq aparılmalıdır:
"Məsələn, psixatiriya. Bu iki sahənin xidməti birləşdirməlidir. Hazırkı narkotiklər insanın psixikasını pozur. Amma bu gün narkoloqlarla psixatorlar arasında gözəgörünməz mübarizə var, bir xidmət öz üstünlüyünü digərinə vermək istəmir”.
Zülfiyyə Mustafayeva qanunda dövlət hesabına reabilitasiya mərkəzlərinin açılmasını məqsədəuyğun hesab edir:
"Reabilitasiya mərkəzləri faəliyyət göstərir, amma onların hamısı özəldir. Hər narkotik istifadəşisinin yolu ora düşmür. Dövlət özü reabilitasiya mərkəzləri açmalıdır. Bunlar böyük ərazini əhatə etməlidir, fəaliyyətə sosial işçilər cəlb olunmalıdır. Reabilitasiya mərkəzlərinin açılmasında başqa ölkələrin təcrübələrini götürmək olar. Məsələn, İranı. İranda 62-dən yuxarı dövlət reabilitasiya mərkəzi var ki, onlar uğurla iş görür. Metadon proqramının şərtlərini yüngülləşdirmək olar. Metadon proqramına düşmək çox çətindir. Bu proqrama düşmək üçün narkomanın ən azı 5 il "stajı” olmalıdır. Adam 5 il narkotik istifadə etməlidir, iki dəfə narkoloji mərkəzə düşüb-çıxmalı və uğursuz müalicə almalıdır ki, bu poqrama düşsün. Bu şərtlərə yenidən baxılmalıdır”.
Zülfiyyə Mustafayeva hesab edir ki, narkoman qadınlarla bağlı məsələ də qanunvericilikdə öz əksini tapmalıdır:
"Biz narkoman qadına ana olmağı qadağan edə bilmərik. Qanuna görə, hər bir qadının ana olmaz haqqı var. Hamiləlik necə olacaq, mövcud sığınacaqlar onlar üçün məqbul deyil. Onların idarə olunması üçün klinik protokol yoxdur. Narkotik istifadəşisi olan hamilə qadınların xüsusi gedişatı olur. Bunun idarə olunması üçün də klinik protokola ehtiyac var”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkədə narkomanların, o cümlədən qadın və uşaqların sayının şox olması, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının narahatlıq yaratdığını bildirib. Hicran Hüseynova təklif edib ki, bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac var.
Bahar Rüstəmli