Xəbər lenti

Bu qəhrəman əsgərləri tanıyın - REPORTAJ / FOTOLAR
Ölkə10:21 06.08.2014

Bu qəhrəman əsgərləri tanıyın - REPORTAJ / FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 30-dan Ermənistan Ordusutərəfindən cəbhə xəttində atəşkəs rejiminin intensiv şəkildə pozulmasıvə diversiya-təxribat cəhdlərinin aktivləşməsi qeydə alınır. Düşməninbasqınlarının dəf edilməsi və onların zərərsizləşdirilməsinə nail olanordumuzun bölmələri də təəssüflər olsun ki, müəyyən itkilər verir.

İyulun31-dən avqustun 1-nə keçən gecə cəbhənin bir neçə istiqamətindəErmənistan Ordusunun diversiya-təxribat cəhdlərinin dəf edilməsi zamanı 8hərbçimizin şəhid olması, 5 hərbçimizin yaralanması xəbəri bir sıramətbu orqanlarda, internet saytlar və sosial şəbəkələrdə müxtəlifdezinformasiyaların yayılmasına yol açmış oldu. APA-nın cəbhənin qaynarnöqtəsində baş verənləri ictimaiyyətə çatdırmaq üçün müdafiə naziri,general-polkovnik Zakir Həsənova ünvanladığı müraciətə qısa müddətərzində müsbət cavab alındı və agentliyin əməkdaşı Rəşad Süleymanovavqustun 2-də Tərtərə yola düşdü.

Tərtər briqada qərargahı

Tərtərəaxşam saatlarında çatdıq. Nə şəhərin özündə, nə də hərbi hissəyə gedənyol boyu saytlarda və sosial şəbəkələrdə yazılan kimi - əhalinin cəbhəyəyaxın yaşayış məntəqələrini tərk etdiyi müşahidə olunur. Rayondaümumiyyətlə hər hansı təşviş yoxdur. Tərtərdən keçib şəhərinyaxınlığındakı hərbi briqada qərargahına gəlirik. Hava qaraldığındanburada gecələməli olacaq və səhər cəbhə xəttindəki mövqelərə başçəkəcəyik.
Cəbhəxəttinin yaxınlığında yerləşən briqada qərargahında hərəkətlilikdir.Son iki gündə cəbhədə baş verən hadisələrlə əlaqədar olaraq hərbi hissədöyüş növbətçiliyini gücləndirib. Arzuolunmaz hadisələrin yaşanmamasıüçün mühafizə gücləndirilib. Döyüş postları ilə mütəmadi rabitə əlaqəsisaxlanılır.

Hərbihissənin komandir müavini Zaur Rüstəmov vəziyyət barədə bizi qısacaməlumatlandırır. Komandir müavini deyir ki, iyulun 31-dən 1-nə vəavqustun 1-dən 2-nə keçən gecə cəbhənin Qapanlı kəndi istiqamətindəErmənistan Ordusunun diversiya-təxribat cəhdləri baş verib. Ərazidəxidmət edən Azərbaycan hərbçiləri tərəfindən düşmənin hücumu dəf edilib.Düşmən tərəfinin itkilərinə dair işarələr olsa da, onlar döyüşmeydanında yaralı və meyit saxlamayıblar. Düşmənin hücumunun dəfedilməsi zamanı Azərbaycan Ordusunun iki hərbçisi şəhid olub. Digərhadisə zamanı isə düşmən ağır itkilərə uğradılıb.

Hərbihissə qərargahında keçirdiyimiz gecədə cəbhə xəttindən arabir atəşsəslərini eşidirik. Komandir müavini deyir ki, son iki gündə ağıritkilər səbəbindən ermənilərin cəhdləri azalıb. Buna baxmayaraq,əsgərlərimiz sayıqdırlar. Qarşı tərəfdə baş verən bütün hərəkətlər qeydəalınır. Vəziyyətə uyğun müvafiq qərarlar qəbul edilir.

Qapanlı

Səhəraçılar açılmaz gecə internet saytlarında əhalinin Tərtərin Qapanlıkəndini kütləvi şəkildə tərk etməsi, kəndin boşalması barədə xəbərlərioxuyub Qapanlıya üz tuturuq. Kəndə girər-girməz jurnalist ordusu iləqarşılaşırıq. Kimi çəkir, kimi yazır. Kənd əhalisi də and-aman edir ki,nə qaçmaq, kim yazır ki qaçmışıq?

Xəbərtuturuq ki, sosial şəbəkələrdə və bəzi saytlarda Qapanlınınboşaldılması xəbərini eşidər-eşitməz Tərtər Rayon İcra Hakimiyyətininbaşçısı Müstəqim Məmmədov da gecə saatlarında kəndə gəlib, gecəni dəQapanlıda keçirib.
Qapanlıbələdiyyəsinin sədri Lətif Həmidov APA-ya deyir ki, kənd ermənilərtərəfindən atəşə tutulsa da, heç kim ev-eşiyini tərk etmir: «Qapanlıcamaatı 1992-1994-cü illərdə silah götürüb döyüşdü. Kəndi tərk edənolmadı. Hamı öz işində, gücündədir. Bu təxribat xəbərlərini kim yayır,bilmirik».

Bələdiyyəsədrinin sözlərinə görə, camaat işində-gücündədir, bəzi ailələr toyahazırlaşır: “Ötən gün kəndin əhalisi, I Qarabağ müharibəsindədöyüşənlər, gənclər hərbi hissə komandanlığına müraciət elədi ki, silahasarılıb sizinlə birgə döyüşməyə hazırıq. Biz ordumuza güvənirik,onlarla bir yerdəyik».

Taborda

Sakinlərləgörüşüb söhbətləşdikdən sonra ərazinin müdafiəsinə cavabdeh olan taborayollanırıq. Tabora gedən yol qarşı tərəfin atəşindən qorunmaq üçüntorpaq sədlə qapanıb. Səddən düşmən mövqelərinə qədər olan məsafədəordumuzun yenə mövqeləri yerləşir.
BuradaAzərbaycan Ordusunun döyüş postları ilə düşmən mövqelərinin arası100-200 metrdir. Kiçik ehtiyatsızlıq insanın həyatına son qoya bilər.Səngərdə təhlükəsizlik qaydalarına maksimum riayət eləmək lazımdır. Əkshalda düşmən snayperinin qurbanı ola bilərsən.
Tabordabizə ötən iki gecə ərzində baş verən hadisələr barədə geniş məlumatverilir. Hadisələrin təfərrüatlarını isə erməni təxribat-diversiyaqrupunu dəf edən hərbçilərimiz danışırlar.

Düşmənindiversiya təxribat qrupunu dəf edən post başçısı, gizir Babək Əliyevinsözlərinə görə, iyulun 31-dən avqustun 1-nə keçən gecə saat 01:30radələrində ön xəttə müşahidə postuna erməni diversiya qrupu basqınedib. İlk olaraq onları manqanın şəhid olan əsgəri Vüqar Poladovdüşmənin diversiya qrupunu aşkarlayıb. Atəş açaraq «basqın» komandasıverib. Bu zaman ermənilər tərəfindən posta iki ədəd F-1 əl qumbarasıatılıb. Qumbaranın partlaması nəticəsində V. Poladov və əsgər Elnurİbrahimov yaralanıb, digər əsgərlər düşmənlə atışmağa başlayıb: «Bizerməni diversiya qrupu ilə təxminən 2 metr, 2 metr yarım məsafədəatışırdıq. Onlar təpənin üstündə, bizsə aşağıda idik. Bununla belə,idarəetməni itirməyib, postu qoruduq. Təxminən 5-6 dəqiqə atışmadansonra ermənilər əlavə dəstək almalarına baxmayaraq, geri çəkilməlioldular. Biz isə düşmənə zərbə vurmaq üçün təpənin üstünə çıxaraq mövqetutduq və atəş açmağa başladıq. Bu zaman düşmənin diversiya qrupunungeri çəkilməsi üçün qarşı tərəfdəki mövqelərdən onlara iri çaplısilahlarla atəş dəstəyi verilməyə başlandı. Düşmənin geri çəkilməsi iləmüşayiət olunan döyüş təxminən 40 dəqiqəyə yaxın getdi».

GizirB. Əliyevin sözlərinə görə, döyüşdə erməni diversiya qrupu itki versədə, onlar öz itkilərini döyüş meydanından çıxarmağa nail olublar.
Postbaşçısı hücum edən erməni diversiya qrupunun 15-20 nəfərdən ibarətolduğunu bildirib: «Mən taborun dayaq məntəqəsi ilə əlaqə yaratdım. Bizyaralı əsgərlərimizi oradan çıxarsaq da, onlar şəhid oldular».

Ermənidiversiya qrupunun dəf edilməsində qəhrəmanlıq göstərmiş əsgər İlkinSeyfullayev isə deyir ki, hücum bir an içində olub. Ermənilər onlarıməhv edərək digər postları ələ keçirmək və bölüyün dayaq məntəqəsinəzərbə endirmək niyyətində olublar: «Biz orada qrup komandiri də daxilolmaqla 6 nəfər idik. Özümüzü itirsəydik, bizi də, digər postlarımızı daməhv edəcəkdilər».

Əsgər şəhid yoldaşlarının qanının alınacaqlarına and içdiklərini deyir

Taborkomandiri ermənilərin ikinci hücumu zamanı isə taborun sanitarsürücüsü, müddətdən artıq xidmət edən (MAXE) Nicat İbrahimovun xüsusişücaət göstərdiyini, onunu yaralı əsgərləri düşmən atəşi altındançıxararaq qısa müddətdə hospitala yetişdirdiyini deyir.

Ərazidəxidmət edən hərbçilərdən avqustun 1-dən 2-nə keçən gecə baş vermiş, 3hərbçimizin şəhid olduğu döyüş barədə də məlumat alırıq. Bu döyüşdəatəşkəs dövründə – ötən 20 ildə ilk dəfə olaraq Azərbaycan ordusu düşmənmövqelərinin məhv edilməsində avtomatik minaatanlardan və D-30haubitsalarından istifadə edib.

Azərbaycantərəfi Dağlıq Qarabağdakı separatçı silahlı birləşmələrin xüsusitəyinatlı bölməsi və Ermənistan Müdafiə Nazirliyinin diversiya-kəşfiyyatalayının bir bölməsinin cəbhənin Qapanlı-Nəmirli istiqamətində düşərgəsalması barədə kəşfiyyat məlumatı əldə etdikdən sonra preventiv tədbirhəyata keçirib. Məlumata görə, ermənilər iki istiqamətdə - Tərtər vəAğdam briqadalarının ərazisinə eyni anda basqın edərək AzərbaycanOrdusunun mövqelərini məhv etməyi planlaşdırırmış. Düşmənin cəbhəxəttinin arxasındakı düşərgəsinə basqın edən hərbçilərimiz düşərgənidağıdıb. Əməliyyat üçün çadırlarda istirahət edən erməni xüsusitəyinatlıları müqavimət göstərə bilməyiblər. Oradakı 5 çadır və bir neçənəqliyyat vasitəsi hərbçilərimiz tərəfindən tamamilə məhv edilib.Kəşfiyyat məlumatlarına görə, bu əməliyyat zamanı ermənilər 40-dək itkiverib.

Əməliyyatdansonra geri çəkilən əsgərlərimiz ön xətdəki erməni postundan avtomatikqumbaraatanla (AQS) atəşə tutulub. Nəticədə yaralanmış 3 gizirimiz şəhidolub.

Snayperlər – əl tətikdə

Ərazidəçalışan snayperlərimiz haqda isə düşmənə göz verib, işıq vermir deməkolar. Erməni əsgərlərinə qənim kəsilən hərbçilərimiz SVD, milli 
silahımızolan 14.5 mm çaplı «İstiqlal» snayper tüfəngi və 12.7 mm çaplı OSV-96snayper tüfəngləri ilə ermənilərin mövqelərini atəş altında saxlayırlar.Snayper Fəxrəddin Yaşarov orduda müqavilə əsasında xidmət edir. O, atışməsafəsinə daxil olan ermənilərin nəqliyyat vasitələrini vurduqlarınıdeyir: «Mən son dəfə ermənilərin möhkəmləndirilmiş atəş mövqeyində olanhərbçisini OSV-96 tüfəngi ilə vurdum, onun ölümü xəbəri bildiyim qədərerməni mətbuatında da təsdiqini tapıb. Bu hadisə iyulun 24-də gecə saat10-da olub».

«Snayperpeşəsi səbr və yaxşı maskalanma tələb edir. Bunu bacarırsansa, snayperolmalısan», - deyən snayperimiz hər bir şəhid hərbçimizin qisasınınalındığını bildirir.

SnayperMüşfiq Məmmədov isə 19 aydır orduda müqavilə əsasında xidmət edir. O,bundan əvvəl xidmət etdiyi döyüş postunda «İstiqlal» snayper tüfəngi iləuzaq məsafədən dəqiq atəşlə ermənilərin maşınını vurub.

Birinci briqada

Tərtərdəkipostlardan Goranboya yola düşürük. Yolumuz hazırda döyüş yolunu cəbhədədavam etdirən Azərbaycan Ordusunun ilk hərbi hissəsinə – başqa sözləbirinci briqadayadır.

Birincibriqada Ağcakənd istiqamətində Murovdağda Kəlbəcər rayonu ilə həmsərhədbölgələri müdafiə edir. Hərbi hissə qərargahında və ön xətdəkitaborlarda gerçəkdən də birinci briqada əhval ruhiyyəsini hiss etməkolur. Taborun qərargah rəisi Fuad Mirzəyev APA-ya deyir ki, həyəcankomandası verildikdə hamı döyüşə getməyə çalışır: «Bəzən hansısa əsgərigeri qaytardıqda onlar bizdən ayrı-seçkilik etməməyi tələb edir. Həttamaşından düşürə bilmirik».

Elə biz taborda olarkən postlardan birindən gələn həyəcan komandasında da bunun şahidi oluruq

Tabordanbriqadanın komanda qərargah məntəqəsinə qalxırıq. Buradan düşməninGülüstan kəndindəki və yaxınlıqdakı mövqeləri müşahidə olunur. 
Ermənilərinbəzi mövqeləri meşəlik ərazidə yerləşir. Əsgərlərimiz söhbət zamanıqarşı tərəfdəki erməni taboruna gedən yola nəzarət etdiklərini, onlarınbütün hərəkətlərini müşahidə altında saxladıqlarını deyirlər.

Yerigəlmişkən, qeyd edək ki, orada olduğumuz gün tabor komandiri VüsətXanıyev və qərargah rəisi Fuad Mirzəyev də daxil olmaqla, bir qrup hərbiqulluqçuya əraziyə gələn müdafiə naziri, general-polkovnik ZakirHəsənov tərəfindən «Hərbi xidmətdə fərqlənməyə görə» medalının 3-cüdərəcəsi və qiymətli hədiyyələr təqdim olundu.

V.Xanıyev avqustun 1-dən 2-nə keçən gecə Gülüstan kəndi yaxınlığındaerməni kəşfiyyat-diversiya qrupunun əraziyə sızma cəhdinin qarşısınınalındığını deyir. Hadisə zamanı bir hərbçimiz yaralansa da, düşmənpostdakı əsgərlərimizin sayıqlığı və köməyin vaxtında gəlməsinəticəsində geri çəkilib.

Adıçəkilənposta basqının təfərrüatları barədə danışan tabor komandirininsözlərinə görə, erməni diversiya qrupu sol və sağ tərəfdən olmaqla - ikiistiqamətdən təpədəki postumuza qalxmağa cəhd göstərib: «Lakin postbaşçısı onu görüb. Postun şəxsi heyəti dairəvi müdafiəyə keçərək postumüdafiə edib. Verilən dəstək nəticəsində post gücləndirilib və düşmənsıxışdırılıb, itkilərini də götürərək geri çəkilib. Hücum zamanıpostumuzda xidmət edən hərbçilərimizdən biri - kiçik çavuş Elvin Əsgərovyaralansa da, vaxtında təxliyə olundu. Hazırda onun vəziyyətiyaxşıdır».
Ermənibasqınının qarşısının alınmasında fərqlənən əsgər Qadir Cəfərovbildirir ki, döyüş 30-35 dəqiqə davam edib. Posta basqın edən ermənidiversiya qrupunda ən azı 20 nəfər olub.

Əsgərdeyir ki, avqustun 2-dən 3-nə keçən gecə qarşıdakı erməni postlarınınbirindən digərinə atıcı silahlardan və DŞK silahlarından 5 dəqiqəərzində atəşin açılması müşahidə olunub.

Hərbihissə komandirinin müavini Qafqaz Zeynalov deyir ki, xidmət etdiyibriqada əmr gəldiyi anda düşməni darmadağın etməyə hazırdır: «BizAzərbaycanın hərb tarixində adı və yeri olan briqadanın zabitləri vəəsgərləriyik. Hərbi hissəmiz Azərbaycanda ən çətin döyüşləri aparıb. Bugün də hərbi hissəmiz ilk dislokasiya yerimiz olan Kəlbəcərə dönməkəmrini gözləyir».
Beləcə,düşmənlə burun-buruna, göz-göz dayanmış igid əsgərlərimizdən ayrılıb,səngərdən geri dönürük. Amma əliboş yox! Onların düşmənin burnunutezliklə ovacaqları ümidi ilə...

APA