Xəbər lenti

Bu qidalardan uzaq durun - Yoxsa yuxunuz kabusa çevriləcək!
Ölkə08:57 05.08.2016

Bu qidalardan uzaq durun - Yoxsa yuxunuz kabusa çevriləcək!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Axşam saatlarında yediyiniz qidalar yuxuya birbaşa təsir edir.

Qaynarinfo.Az-ın  məlumatına görə, saat 7-dən sonra yeyilən qidalar uzun müddət mədə bağırsaqda qalır və yatmağa yaxın həzmi çətinləşir. Bu da öz nöbəsində sağlamlıqda bəzi fəsadlar yaradır.

Qırmızı ət: Əgər axşam yemək saatınız səkkizdən sonraya qalıbsa, o zaman qırmızı ət yemək çox da doğru bir seçim olmayacaq. Sərt quruluşu və bol zülal tərkibli olması səbəbilə bağırsaq sisteminizdə uzun müddət qalır və yuxu nizamsızlığına gətirib çıxardır.

Spirt: Qədərindən artıq spirtli içki qəbul etdikdən sonra, rahat yatmaq anlayışı tamamilə yanlışdır.  Spirt qəbul edən insan gecə boyunca bir neçə dəfə oyanır. Ancaq spirtli içkiləri ara-sıra istifadə edən insanlarda bu hal əsəb pozulmasına və zamanla vərdişə çevrilə bilər. 

Acı şokolad: Günün hər saatı zövqlə yeyilən şokoladı gecəni kabusa çevirən qidalardan ən başda gələnidir. Yuxu qaçıran və insana ekstra enerji verən kofein çox sevdiyimiz şokoladın içərisində kifayət qədər var. Demək olar ki, bütün şokoladlar içərisində olan kofein olur. 

Sarımsaq: Yatmazdan əvvəl sarımsaqlı qidalardan uzaq durun. Sarmsaq yeyib yatmaq mədəni yandırır və yuxu nizamsızlığı yaradır. 

Qaynarinfo.Az