Xəbər lenti

Bu qız imtahanda rekord qırdı
Ölkə09:46 06.06.2014

Bu qız imtahanda rekord qırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanının nəticələrini açıqlayıb.

Azvision.az-ın əldə etdiyi məlumata görə, imtahanda ən yüksək bal toplayan tələbə İsmayıllı rayon sakini Şəhla Səmədlidir.

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi olan Şəhla Səmədlinin iki imtahanda ümumi topladığı bal 141 olub və o, bu nəticə ilə respublika birincisidir.

Qeyd edək ki, Ş.Səmədli magistratura imtahanının I mərhələsində də 97 balı toplayaraq ən yüksək nəticəni əldə etmişdi.

Bildirək ki, Ş.Səmədli ali məktəblərə qəbul imtahanı zamanı 690 bal toplayıb.

Qaynar.info