
Bakı Dövlət Universitetində tarix müəlliminin ondan rüşvət tələb etdiyini iddia edən 4-cü kurs tələbəsinin qalmaqallı çıxışından sonra dünən rektorun əmri ilə həmin fakültənin dekan müavini Asif Bayramov vəzifəsindən uzaqlaşdırılıb.
“Qafqazinfo”nun məlumatına görə, işindən azad edilənlər sırasında 4-cü kurs tələbəsi Rəhilə Kiçiyevanın tyutoru olan Xanəliyev Cəfər də var. Onun kəsri olan tələbəni yanlış növbəyə yazması və buna görə tələbədən rüşvət alması əsas gətirilərək işindən uzaqlaşdırıldığı deyilib.