Bu ilin dekabr ayında Azərbaycan Milli Olimpiya Komitəsində yenidən hesabat-seçki baş məclisi keçirilə bilər.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, seçkilərdə mərhum Gənclər və İdman naziri, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimovun yerinə hazırkı nazir Fərid Qayıbovun namizədliyi irəli sürüləcəyi gözlənilir.
Bununla yanaşı, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin bəzi üzvlərinin yeniləri ilə əvəzlənəcək.
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev Qaynarinfo-ya açıqlamasında ilin sonuna kimi seçkilərin keçiriləcəyini istisna etməyib:
"Bu məsələni daha dəqiq Azərbaycan Milli Olimpiya Komitəsin hazırkı vitse-prezidenti Çingiz Hüseynzadə bilir. Yəqin ki, ilin sonuna kimi hesabat-seçki baş məclisi keçiriləcək”.
Əhməd