Xəbər lenti

Bu qurumlarda xidməti avtomobillərin sayı artırıldı (QƏRAR)
Ölkə13:31 13.01.2022

Bu qurumlarda xidməti avtomobillərin sayı artırıldı (QƏRAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş nazir Əli Əsədov "Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarda dəyişiklik edib.
Qaynarifo xəbər verir ki, dəyişikliyə əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin "cəmi” sütununda "3” rəqəmi "8” rəqəmi ilə əvəz edilib.
Bundan əlavə, "ərazi və yerli bölmələr üzrə” sütununa "5” rəqəmi əlavə edilib.