Ölkə 15:53 17.10.2022

Bu rayona yeni icra başçısı təyin edildi

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Xatırladaq ki, bundan əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə olub. O, bu ilin fevralın 22-də vəzifəsindən azad edilib.