Xəbər lenti

Bu rayonda iki min il əvvələ aid qəbir abidəsi aşkarlandı
Ölkə18:45 10.02.2022

Bu rayonda iki min il əvvələ aid qəbir abidəsi aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda 2 min il əvvələ aid qəbir abidəsi aşkar edilib.
"Report"un məlumatına görə, abidə rayonun Uzuntəpə kəndi ərazisində ev tikintisi ilə bağlı qazıntı aparılarkən tapılıb.
Qəbir abidəsində mərhum oturaq vəziyyətdə basdırılıb, qolunda tunc bilərzik, ətrafında isə saxsı qablar qoyulub.
Tapıntı ilə bağlı "Report"un yerli bürosuna açıqlama verən tarixçi Ələsgər Mirzəzadə qeyd edib ki, qəbir ilkin ehtimalla 2 min il əvvələ aid edilir.
Abidə ilə bağlı AMEA-ya müraciət edilib.