Xəbər lenti

Bu rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər (RƏSMİ)
Ölkə10:23 10.05.2020

Bu rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər".
Qaynarinfo xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Sədr qeyd edib ki, ölkədə elan edilən xüsusi karantin rejmindən mərhələli şəkildə çıxmaq lazımdır:
"Sarı zonada yerləşən rayonlararası ictimai nəqliyyat, sərnişindaşımanın təşkili ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”.