Xəbər lenti

Bu rayonlarda da qaz olmayacaq
Ölkə16:00 24.06.2013

Bu rayonlarda da qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba və Qobustan rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Qaynar.info ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq 25 iyun 2013-cü il tarixində saat 09:00-dan 17:00-dək "Quba" qazpaylayıcı stansiyasından qidalanan "Quba" ölçü qovşağı, saat 14:00-dan 18:00-dək isə "Mərəzə" qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba şəhərinə və Qobustan rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info