Xəbər lenti

Bu rayonlarda içməli suyun verilməsi dayandırıldı
Ölkə18:43 23.12.2019

Bu rayonlarda içməli suyun verilməsi dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daha bir magistral su xəttində qəza baş verib.
"Azərsu" ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.
"Azərsu" ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.