Xəbər lenti

Bu rayonlarda qaz problemi olacaq
Ölkə07:40 27.12.2013

Bu rayonlarda qaz problemi olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün təmir işləri ilə əlaqədar Azərbaycanın bir sıra şəhər və rayonlarının qaz təchizatında fasilələr yaranacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən verilən məlumata görə, saat 17:00-dək Gəncə şəhərinin bir hissəsinə, 18:00-dək Zaqatala şəhəri daxil olmaqla rayonun bir hissəsinə, 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə, Qaradağ rayonunun bir hissəsinə, 14:00-dək Bakı şəhərinin Xətai rayonunun bir hissəsinə, 16:00-dək Abşeron və Goranboy rayonlarının bir hissəsinə, 17:00-dək Şəki rayonuna və Ucar rayonunun bir hissəsinə, 18:00-dək Quba rayonuna, Şamaxı, Qazax və Ağstafa rayonlarının bir hissəsinə, Yevlax rayonunun bir hissəsinə, 16:00-dək isə Füzuli rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Qaynar.info