Xəbər lenti

Bu rayonlarda sabah qaz olmayacaq
Ölkə18:32 03.03.2016

Bu rayonlarda sabah qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakı şəhəri Nərimanov, Sabunçu, Binəqədi və Xəzər rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Qaynar.info xəbər verir ki, bu barədə report-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, diametri 300 mm-lik siyirtmənin təmiri, qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş diametri 225 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 4 mart 2016-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nərimanov rayonu Ə.Əliyev, T.Əliyev, C.Hacıbəyli, Azadlıq və Atatürk prospektlərində, Sabunçu rayonunun Ramanı, Savalan yaşayış massivi, Südçülük sovxozu və Şuşa qaçqın şəhərciyi ərazilərində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, həmçinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info