Xəbər lenti

Bu rayonların qaz təchizatında fasilə yaranacaq
Ölkə15:38 17.10.2022

Bu rayonların qaz təchizatında fasilə yaranacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaynarinfo xəbər verir ki, "Qaz İxrac” İdarəsinə məxsus "Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərində planlı təmir işləri ilə əlaqədar, oktyabrın 18-də saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Yastı Meşə” ölçü qovşağından, "Sarıtəpə”, "Morul”, "Zəhmət” QTM-lərdən, "Çənlibel”, "Gədəbəy”, "Zəyəm”, "Alakol”, "Qovlar”, "Dondarquşçu” QPS-lərdən  qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.