Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu, R.Axundov küçəsində yerləşən "Moon Pub” restoranında yoxlama keçirib.
Bu barədə Qaynarinfo-ya Agentlikdən məlumat verilib.
Daxil olan müraciət əsasında aparılan yoxlama zamanı fiziki şəxs Əliyev Zaur İslam oğluna məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.
Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Şərhlər