Xəbər lenti

Bu şadlıq sarayının rəhbərliyi inzibati məsuliyyətə cəlb edildi
Ölkə17:10 11.11.2021

Bu şadlıq sarayının rəhbərliyi inzibati məsuliyyətə cəlb edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində fəaliyyət göstərən "Aura” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Bu barədə Qaynarinfo-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.