Xəbər lenti

Bu şəxslər dövlət hesabına vəkillə təmin ediləcək
Ölkə19:52 16.07.2021

Bu şəxslər dövlət hesabına vəkillə təmin ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə bağlı fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, sənəddə mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik nəzərdə tutulub.
Nazirlər Kabineti mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair təklifləri üç ay müddətində Prezidentə təqdim etməlidir.