Xəbər lenti

Bu şəxslər üçün Bakı metrosu pulsuz olacaq
Ölkə20:10 06.05.2015

Bu şəxslər üçün Bakı metrosu pulsuz olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ilk Avropa Oyunlarının açılışına gedən insanlar üçün metro pulsuz olacaq. “Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.
M.Pənahov bildirib ki, Avropa Oyunlarının açılışı zamanı bileti və akkreditasiyası olanlar üçün Bakı metrosu pulsuz olacaq.
Qeyd edək ki, Avropa Oyunlarının açılışı iyunun 12-də keçiriləcək.
Qaynar.info