Xəbər lenti

Bu şəxslər üçün də
Ölkə 09:35 15.03.2025

Bu şəxslər üçün də "dəfn pulu" verilə bilər - TƏKLİF

"İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsinin təmin edilməsi təklif edilib".

Qaynarinfo Bizim.Media-ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında deputat Musa Quliyev Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.

Deputat işləməyən şəxslərə də dəfn xərclərinin verilməsi məsələsinə baxılmasını təklif edib:

"Müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->