Xəbər lenti

Bu şəxslər vəfat etdikdə vərəsələrinə müavinət ödəniləcək
Ölkə 13:27 16.12.2025

Bu şəxslər vəfat etdikdə vərəsələrinə müavinət ödəniləcək

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.

Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->