Xəbər lenti

Bu şəxslərdən COVID pasportu tələb edilməyəcək (RƏSMİ)
Ölkə12:04 27.05.2021

Bu şəxslərdən COVID pasportu tələb edilməyəcək (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Beynəlxalq Avtovağzal Kompleksində Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək.
Qaynarinfo xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyati Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
"Sərnişinlər yalnız avtovağzal stansiyalarına daxil olduqda onların hərarətləri yoxlanılacaq. Hər hansı sərnişində narahatlıq yaranarsa və yaxud hərarəti yüksək olarsa, o, avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcək”, - deyə o, qeyd edib.