Xəbər lenti

Bu şəxslərə əlillik müddətsiz təyin ediləcək (RƏSMİ)
Ölkə06:42 04.06.2021

Bu şəxslərə əlillik müddətsiz təyin ediləcək (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qüvvədə olan 94 normativ hüquqi akt "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar yeni hazırlanan qanunvericilik layihələrinə uyğunlaşdırılacaq.
Bu barədə Qaynarinfo-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunvericilikdə "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi olan şəxslər" sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.