Xəbər lenti

Dünya 12:21 07.12.2023

"Bu, siyasi şantajdır" - Bayden Senatın qərarına reaksiya verdi

ABŞ prezidenti Co Bayden ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı prosedur səsvermənin uğursuzluğa düçar olmasına reaksiya verib və bunu siyasi şantaj adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bayden X səhifəsində yazıb.

Respublikaçılar Partiyasının Konqresdə Ukraynaya yardım da daxil olmaqla, milli təhlükəsizliyin təmin edilməsi üçün əlavə pul ayrılması ilə bağlı qanun layihəsini dəstəkləməkdən imtina etməsini şərh edən Bayden "stavka"nın çox yüksək olduğunu bildirib.

"Konqresdəki respublikaçılar çox marağında olduqları sərhəd siyasətlərini qəbul elətdirə bilməsələr, Ukraynaya dəstəyi kəsməklə hədələyirlər.
Bu, siyasi şantajdır, real və sadə. Siyasi oyunlar üçün "stavka"lar çox yüksək və nəticələri çox əhəmiyyətlidir", deyə Bayden yazıb. 

Xatırladaq ki, dekabrın 6-da Ukrayna, İsrail və Tayvana yardım göstərilməsi ilə bağlı qanun layihəsi ABŞ Konqresinin Senatında prosedur səsverməsindən keçməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->