
İnternetin yeni sosial şəbəkəsi zənginlərin eksklüziv olaraq şəkil paylaşması üçün yaradılan Rich Kids-dir.
Qurucuları Juraj Ivan və Michal Harustiak olan yeni sosial şəbəkədən istifadə etmək üçün ayda £1,000 ödəmək lazımdır. İldə £12,000 etdiyini nəzər alsaq, Rich Kids-in həqiqətən də sadəcə zənginlərin virtual məkanı olduğunu görürük.
Bu şəbəkədə imkanlılar yaxtlardan, lüks restoran və otellərdən, yeni avtomobilərindən şəkillər paylaşır.
Rich Kidsin artıq məşhur istifadəçiləri də var. Əfsanəvi moda dizayneri Roberto Cavallinin oğlu, israilli stilist Dor Bukobza, türkiyəli əmlak "kralı" Əmir Bahadır, Julia Stakhvia artıq Rich Kidsin aktiv istifadəçiləridir.
Qaynarinfo.Az Pahoo.Az-a istinadən Rich Kidsdə paylaşılan fotoları təqdim edir
Rich Kids üçün ödəniləcək aylıq 1.000 funt İnstagram-ın saxta zənginlərinin qapılarını bağlayır.

Dor Bukobza geyindiyi ayaqqabılarının dostlarının avtomobillərindən bahalı olduğunu deyir.

Roberto Cavallinin oğlu paylaşdığı şəkillərlə İnstagramda "Rich Kids" ləqəbini alanlardan biridir.

Əmlak maqnatı Emir Bahadır İsveçrədəki lüks villasından şəkillər paylaşır.

Qaynarinfo.Az