Xəbər lenti

Bu sözlərin Azərbaycan dilində qarşılığı təsdiqləndi: “Zaryadka” - “yükləmə”... (SİYAHI)
Ölkə09:46 26.10.2017

Bu sözlərin Azərbaycan dilində qarşılığı təsdiqləndi: “Zaryadka” - “yükləmə”... (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.
"Qaynarinfo" xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: ""Zaryadka” - "yükləmə”, "adapter” – "yükləyici”, "embarqo” - "qadağa”, "evakuasiya” - "köçürülmə”, "proqnoz” – "öncəgörmə”, "konsensus” – "yekdillik”, "kserokopiya” – "üzçıxarma”, "like” - "bəyənmə”, "mesaj” – "ismarıc” kimi təsdiqlənib”.
Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompyuter "mouse”-nun qarşılığı kimi "bələdçi” sözündən istifadə olunması təklif edilir.
Qaynarinfo.Az